Yuxarı
    Bağlamaq

    Rumıniya prezidenti Nazirlər Kabinetinin kütləvi etirazlara səbəb olan qərarı ilə razılaşmır

    Klaus Yohannis Cinayət Məcəlləsinə dəyişikliklər olunmasının qarşısının alınması cəhdi ilə Konstitusiya Məhkəməsinə müraciət edib

    Bakı. 2 fevral. REPORT.AZ/ Rumıniya Prezidenti Klaus Yohannis Nazirlər Kabinetinin Cinayət Məcəlləsində müəyyən cinayətlərin dekriminallaşmasına gətirib çıxaran və ölkədə genişmiqyaslı etirazlara səbəb olan dəyişikliklər etməsinə etiraz olaraq respublikanın Konstitusiya Məhkəməsinə müraciət edib.

    Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir.

    Prezidentin sözlərinə görə, bu əlavə və düzəlişlər hökumətlə ədliyyə sistemi və parlament arasında münaqişə yaradır.

    Bundan əlavə, K.Yohannis hökumətdə iqtidarda olan sosial-demokratları yanvarın 31-də təsdiq edil Cinayət Məcəlləsinin dəyişiklikləri ləğv etməyə çağırıb.

    Qeyd edək ki, dünən minlərlə Rumıniya vətəndaşı hökumətin dövlət xəzinəsinə azı 200 min ley (47,5 min dollar) ziyan vuran korrupsiyaya qurşanmış məmurları cinayət məsuliyyətindən azad etməsi qərarına etiraz əlaməti olaraq küçələrə aksiyaya çıxıb. Buna cavab olaraq, polis gözyaşardıcı qazdan istifadə edib. Məlumata görə, qarşıdurma zamanı iki nümayişçi və iki polis məmuru yüngül yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi