Rumıniya 10 rus diplomatını persona non-qrata elan edib

Rumıniya 10 rus diplomatını persona non-qrata elan edib Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını persona non-qrata elan edib.
Digər ölkələr
5 Aprel , 2022 20:48
Rumıniya 10 rus diplomatını persona non-qrata elan edib

Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını persona non-qrata elan edib.

"Report" xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin öz saytında dərc olunmuş bəyanatında deyilir.

“Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyində çalışan 10 nəfərin fəaliyyətinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd olduğunu hesab edərək, ölkə ərazisində persona non qrata elan etmək qərarına gəlib”, - məlumatda deyilir.

Rumıniya Xarici İşlər Nazirliyi qeyd edib ki, artıq rusiyalı diplomatlar bu qərarla bağlı məlumatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi