Ruhani Fransa, Britaniya və Rusiya rəhbərləri ilə danışıb

Ruhani Fransa, Britaniya və Rusiya rəhbərləri ilə danışıb Səudiyyə Ərəbistanının Yəməndə huti qiyamçılarına qarşı hərbi əməliyyatları məsələsini qaldırılıb
Digər ölkələr
27 Mart , 2015 01:38
Ruhani Fransa, Britaniya və Rusiya rəhbərləri ilə danışıb

Bakı. 27 mart. REPORT.AZ/ İran prezidenti Hasan Ruhani, Qərblə nüvə danışıqlarındakı tempin aşağı düşməməsi üçün Fransa, Britaniya, Rusiya və Çin rəhbərləri ilə telefon söhbətləri edib.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, İran prezidenti həmçinin Səudiyyə Ərəbistanının Yəməndə huti qiyamçılarına qarşı hərbi əməliyyatları məsələsini qaldırıb.

Xəbər verilir ki, Yəmən məsələsi həm də İsveçrədə nüvə danışıqları aparan ABŞ dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif arasında müzakirə olunub.

ABŞ Səudiyyənin Yəmənə müdaxiləsini dəstəkləsə də, Tehran bu müdaxilədən narazıdır. Öz növbəsində Səudiyyə Yəməndəki huti şiə yaraqlılarını dəstəklədiyi üçün İranı tənqid edir.

Fransa, Britaniya və Rusiya İran prezidenti ilə telefon söhbətlərini təsdiq ediblər.

Telefon söhbətində Fransa prezidenti Fransua Olland bildirib ki, İranın dinc nüvə proqramına malik olmaq haqqı vardır, lakin Tehran nüvə silahı hazırlamaq niyyətində olmadığını isbat etməlidir. Öz növbəsində, İran prezidenti Tehran üzərindəki ən ağır sanksiyaların artıq indidən qaldırılmasına çağırıb.

Ruhani ilə söhbətdən sonra Britaniyanın baş naziri Devid Kameron isə deyib ki, İranla sazişin martın sonunadək əldə olunacağına ümid edir.

Son xəbərlər

Orphus sistemi