ABŞ-nin dövlət katibi Qəzzada müharibənin nə vaxt bitəcəyini açıqlayıb
- 27 iyul, 2025
- 13:21
“HƏMAS” silahlarını yerə qoyub bütün girovları azad edəndə Qəzzada müharibə bitəcək.
“Report”un məlumatına görə, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
“Yaxşı xəbər budur ki, bütün amerikalılar indi azad edilib. Biz bütün girovlarla maraqlanırıq və Qəzzada baş verənlərin çox sadə həlli var. Bütün girovları azad edilməli və yaraqlılar silahları yerə qoymalıdır. Onda “HƏMAS” üçün müharibə bitəcək. Təbii ki, inlar açıq şəkildə bununla razılaşmayacaqlar”, - o qeyd edib.
Dövlət katibinin sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff artıq bir neçə həftədir ki, bu münaqişənin həlli üçün çox çalışır və o, xeyli irəliləyiş əldə edərək yekun məqsədə yaxınlaşmağa nail olub.
“Biz nikbinik ki, indi istənilən gün atəşkəs razılaşmasına nail ola biləcəyik. Öncə ölülər də daxil olmaqla, girovların ən azı yarısı və 60 günlük müddətin sonunda digər girovlar azad ediləcək”.