Rotterdamın Şəhər Şurasının üzvləri 2021-ci ildə “Eurovision”u qəbul etməyə səs veriblər.
“Report”un məlumatına görə, bu barədə
Qeyd edilir ki, müsabiqənin bu il planlaşdırıldığı həmin yerdə - “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılır. Təşkilatçılar zalın icarəsinə, əlavə mühafizəyə və reklam lövhələrinin xərclərinə əlavə 6,7 milyon avro xərcləmək niyyətindədir.
Nəşr qeyd edib ki, Rotterdam 2020-ci ildə planlaşdırılmış müsabiqəyə təxminən 15 milyon avro xərcləyib.
"“Eurovision”un təşkilatçıları koronavirusun yayılması təhlükəsi ilə əlaqədar müsabiqənin bu il keçirilməsini ləğv ediblər. Daha sonra iştirakçıların yeni mahnılarla 2021-ci ildə çıxış etmələri barədə qərar qəbul edilib.
Bir neçə gün əvvəl isə “Eurovision Planet Magazine” Azərbaycanın yarışmanın qalibi olacağını açıqlayıb.