Bakı. 1 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Ronald Vitiellonu ölkənin sərhəd xidmətinin rəhbəri vəzifəsinə təyin edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Gömrük və Sərhəd Xidmətinin komissarı Kevin Makalinan öz "Twitter" səhifəsində məlumat verib.
"Mən sevinc hissi ilə Ron Vitiellonun sərhəd xidmətinin rəhbəri postuna təyin olunması xəbərini elan edirəm", — deyə məlumatda bildirilir.