Romada məktəblər bağlanıb

Romada məktəblər bağlanıb Şəhər hökuməti metronu da bağlamışdı, ancaq bir müddət sonra onların hərəkəti bərpa olunub
Digər ölkələr
31 Oktyabr , 2016 15:06
Romada məktəblər bağlanıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ İtaliyanın paytaxtı Roma şəhərində məktəblər oktyabrın 31-də bağlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı şəhər meri Virciniya Raci qərar qəbul edib.

"Roma şəhər administrasiyası zəlzələnin vurduğu ziyanı araşdırmaq məqsədilə bütün təhsil müəssisələrində texniki yoxlama aparır" - V.Raci "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Məlumata görə, bir müddət əvvəl təbii fəlakət nəticəsində bir sıra tikililərə, o cümlədən tarixi binalara ziyan dəymişdi. Şəhər hökuməti metronu da bağlamışdı, ancaq bir müddət sonra onların hərəkəti bərpa olunub. 

İngilis versiyası Schools closed in Rome today

Son xəbərlər

Orphus sistemi