Yuxarı

Romada “MED 2015 - Aralıq dənizi üzrə dialoqlar” forumu işə başlayıb

Forum Aralıq dənizi regionunda baş verən proseslərin bu formatda müzakirə olunduğu ilk tədbirdir

Bakı. 10 dekabr. REPORT.AZ/ Romada “MED 2015 - Aralıq dənizi üzrə dialoqlar” forumu işə başlayıb. İtaliyanın Xarici İşlər Nazirliyi və bu ölkənin aparıcı “beyin mərkəzləri”ndən olan Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) tərəfindən təşkil edilən tədbir 40 ölkədən 300-ə yaxın nümayəndəni bir araya gətirib.

“İğtişaşlardan uzaq, müsbət gündəlik” devizi ilə keçirilən üçgünlük forum Aralıq dənizi regionunda baş verən proseslərin bu formatda müzakirə olunduğu ilk tədbirdir. Forumda regionda cərəyan edən böhranlar, çağırışlar, təhlükəsizliyin və sabitliyin bərqərar olunması, zorakılığın aradan qaldırılması, terrorizmlə mübarizə, Suriya və Liviya problemləri və digər məqamlar diqqət mərkəzindədir. Paylaşılan təhlükəsizlik və tərəqqi, miqrasiya, mətbuat, mədəniyyət və cəmiyyət mövzuları üzrə aparılan müzakirələr 23 sessiyada davam edəcək.

Forumun ilk günündə İtaliyanın Baş naziri Matteo Renzi çıxış edərək xüsusilə terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın önəmini vurğulayıb. O, son illər Avropanın üzləşdiyi miqrant böhranının həlli ilə bağlı müxtəlif yanaşmalara münasibət bildirərək deyib: “İtaliya insanların həyatının xilas olunmasını, müharibədən qaçan bacı və qardaşlarımızın qəbul edilməsi ilə bağlı işləri davam etdirəcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi