Roma Papası xəstəxanaya yerləşdirilib

Roma Papası xəstəxanaya yerləşdirilib Roma Papası Fransisk planlaşdırılmış tibbi müayinələr üçün Romadakı Cemelli klinikasına yerləşdirilib.
Digər ölkələr
29 Mart , 2023 20:58
Roma Papası xəstəxanaya yerləşdirilib

Roma Papası Fransisk planlaşdırılmış tibbi müayinələr üçün Romadakı Cemelli klinikasına yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Vatikan 86 yaşlı pontifikin klinikaya gedişi ilə bağlı təfərrüatları açıqlamasa da, bunun əvvəlcədən planlaşdırıldığını qeyd edib.

Xatırladaq ki, 2021-ci ilin yayında Cemelli klinikasında Fransiskin yoğun bağırsağının yarısı kəsilib götürülüb, Papa da bağırsaq əməliyyatından sonra 10 gün orada qalıb.

Son xəbərlər

Orphus sistemi