Roma Papası Ukraynaya səfərə hazırlaşır
Digər ölkələr
- 04 iyun, 2022
- 20:52
Roma Papası Fransisk Ukraynadakı durumun sabitləşməsinə töhfə verməyə hazır olduğunu bildirib.
“Report” UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə Vatikanda uşaqlarla görüşü zamanı deyib.
Görüşdə Zaxar adlı ukraynalı uşaq Papaya deyib: “Mənim bir xahişim var: hazırda orada əziyyət çəkən bütün uşaqları xilas etmək üçün Ukraynaya gələ bilərsinizmi?”.
Papa Fransisk cavab verib ki, indi onun səfəri bütün dünyaya xeyirdən çox zərər verə bilər.
"Mən Ukraynaya getmək istərdim, sadəcə bunu etmək üçün anı gözləmək lazımdır. Mən bunu etmək üçün düzgün vaxt tapmalıyam. Gələn həftə Ukrayna hökumətinin nümayəndələrini qəbul edəcəm, danışıqlara gələcəklər və mənim ora mümkün səfərimi də müzakirə edəcəyik”, - Papa vurğulayıb.
Son xəbərlər
19:32
Aİ Şurası İrana qarşı sanksiyaların müddətini uzadıb
Digər ölkələr19:32
Video
Su basmış ərazilərdən 547 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
Hadisə19:31
Foto
Video
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda hesab açılıb
Futbol19:21
Fransa ABŞ ilə İsrailin İranla müharibəsinə qarşıdır
Region19:10
İran BMT Təhlükəsizlik Şurasına Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Region18:55
Foto
Zaqatalada ağır yol qəzası baş verib, ölən və yaralılar var
Hadisə18:40
Foto
ANAMA-nın əməkdaşı Xocalıda qəzaya düşərək ölüb
Hadisə18:29
İran ordusu Türkiyəyə raket hücumu edib
Region18:10