Roma Papası Ukrayna üçün dua etməyi çağırıb

Roma Papası Ukrayna üçün dua etməyi çağırıb Roma Papası Fransisk Müqəddəs Pyotr meydanında dindarlar qarşısında ənənəvi bazar xütbəsi zamanı Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Sülh üçün dua günü keçirilməsini təklif edib.
Digər ölkələr
23 Yanvar , 2022 16:40
Roma Papası Ukrayna üçün dua etməyi çağırıb

Roma Papası Fransisk Müqəddəs Pyotr meydanında dindarlar qarşısında ənənəvi bazar xütbəsi zamanı Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Sülh üçün dua günü keçirilməsini təklif edib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

“Mən Ukraynada sülhə yeni zərbə vurmaq təhlükəsi yaradan və Avropa qitəsinin təhlükəsizliyini şübhə altına alan gərginliyin artmasını böyük narahatlıqla izləyirəm. Vəziyyəti nəzərə alaraq, yanvarın 26-da Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Sülh üçün dua günü keçirilməsini təklif edirəm”, - Fransisk bildirib.

Son xəbərlər

Orphus sistemi