Yuxarı
    Bağlamaq

    Roma Papası Milad bayramı münasibətilə insanlara xeyir-dua verib

    Papa Müqəddəs Peter meydanında minlərlə insana xeyir-dua verib

    Bakı. 26 dekabr. REPORT.AZ/ Roma Papası Milad bayramı münasibəti ilə toplaşan minlərlə insana Müqəddəs Peter meydanında xeyir-dua verib.

    "Report" Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, dünya münaqişələrindən danışan Roma Papası Ukrayna, Nigeriya və Mərkəzi Afrika Respublikasında münaqişələrin həllinə çağırıb, ötən həftə Talibanın Pakistanda həyata keçirdiyi hücumu qınayıb.

    Papa Fransisk İraq və Suriyada böyük həcmdə əraziləri ələ keçirən İslam Dövləti tərəfindən azlıqların qəddarcasına qətlə yetirilməsini qınayıb.

    Həmçinin Syerra Leone, Liberiya və Qvineyada Ebola qurbanları və virusla mübarizə aparanlara xeyir-duasını çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi