Roma Papası: "İraq və Suriyada hərbi yol problemin həlli üçün yetərli olmayacaq"

Roma Papası: "İraq və Suriyada hərbi yol problemin həlli üçün yetərli olmayacaq" I Fransisk: "Bizim dialoqa ehtiyacımız var, çünki bir çox ortaq dəyərimiz var"
Digər ölkələr
28 Noyabr , 2014 20:10
Roma Papası: İraq və Suriyada hərbi yol problemin həlli üçün yetərli olmayacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ "Bizim dialoqa ehtiyacımız var, çünki bir çox ortaq dəyərimiz var. Eyni zamanda bu dialoqu yavaş şəkildə aparmalıyıq. Möhkəm sülhə nail olmaq üçün səylərimizi səbrlə irəli aparmağımız lazımdır. Bu sülh bəşəriyyətin məqsədlərinə və əsas hüquqlarına hörmət üzərində qurulmalıdır". "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri Türkiyədə rəsmi səfərdə olan Roma Papası I Fransisk bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.  

Onun sözlərinə görə, Türkiyə böyük bir alicənablıq göstərərək bir çox qaçqını qəbul edib və sərhədlərində meydana gələn bu dramatik vəziyyətdən birbaşa təsir görüb: "Beynəlxalq ictimaiyyət bu qaçqınlara yardım göstərmək məcburiyyətindədir. Humanitar yardımdan əlavə, bu faciəni ortaya çıxaran səbəblərə də biganə qalmamalıdırlar. Xüsusilə Suriya və İraqda terror aktları fasiləsiz davam edir. Yalnız xristianlar və yezidilər deyil, yüz minlərlə insan həyatını xilas etmək, inanclarına sadiq qalmaq üçün evlərini, vətənlərini tərk edirlər".

"Hər zaman beynəlxalq hüquqa sayğı göstərmək əsas şərt olsa da və təcavüzlə mübarizə aparmaq zəruri olsa da, ancaq İraq və Suriyada hərbi yol problemin həlli üçün yetərli olmayacaq. Qarşılıqlı etimada əsaslanan birgə və güclü səy göstərmək lazımdır. Bu səylər tam sülhü mümkün edəcək və resurslarımızı silahlara deyil, insan şərəfinə layiq həqiqi müharibələrə istiqamətləndirəcək, aclıq və xəstəliklərlə döyüş, davamlı inkişaf, yaradılmış olanın qorunması, müasir dünyamızda belə əskik olmayan və fərqli faizlərlə qarşımıza çıxan yoxsulluq və radikal meyllərlə bağlı mübarizə kimi döyüşlərdə təsirli olacaq", - Roma Papası deyib. 

Son xəbərlər

Orphus sistemi