Roma Papası Fransisk Əfqanıstan üçün dua etməyə çağırıb

Roma Papası Fransisk Əfqanıstan üçün dua etməyə çağırıb Roma Papası Fransisk Əfqanıstanın paytaxtı Kabilin hava limanında baş verən terror hadisəsi ilə əlaqədar başsağlığı verib və xristianları dua etməyə çağırıb.
Digər ölkələr
29 Avqust , 2021 14:48
Roma Papası Fransisk Əfqanıstan üçün dua etməyə çağırıb

Roma Papası Fransisk Əfqanıstanın paytaxtı Kabilin hava limanında baş verən terror hadisəsi ilə əlaqədar başsağlığı verib və xristianları dua etməyə çağırıb.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

"Əfqanıstandakı vəziyyəti çox narahatlıqla izləyirəm. Hücumlarda ölənlər üçün dua edirəm. Əziyyət çəkən insanlara kömək edən hər kəsə təşəkkür edirəm. Sağlam gələcək naminə barışmaq üçün çalışmağa davam etməyinizi xahiş edirəm", - Fransisk deyib.

Qeyd edək ki, avqustun 26-da Kabildə baş verən partlayışlar zamanı 13-ü ABŞ əsgəri olmaqla 170 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi