Roberta Metsola Bolu şəhərində baş verən yanğınla əlaqədar Türkiyəyə başsağlığı verib

Roberta Metsola Bolu şəhərində baş verən yanğınla əlaqədar Türkiyəyə başsağlığı verib Avropa Parlamentinin prezidenti Roberta Metsola Bolu şəhərində baş verən yanğın səbəbilə Türkiyəyə başsağlığı verib.
Digər ölkələr
21 Yanvar , 2025 17:38
Roberta Metsola Bolu şəhərində baş verən yanğınla əlaqədar Türkiyəyə başsağlığı verib
Roberta Metsola

Avropa Parlamentinin (AP) prezidenti Roberta Metsola Bolu şəhərində baş verən yanğınla əlaqədar Türkiyəyə başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

"Düşüncələrimiz həlak olanların yaxınlarının yanındadır. İnsanların həyatını xilas etmək üçün əllərindən gələni edən cəsur xilasedicilərə minnətdaram. Yaralılara tezliklə şəfa diləyirəm", - R.Metsola vurğulayıb.

Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb

Son xəbərlər

Orphus sistemi