Yuxarı

​Rioda velosiped trası yaxınlığında şübhəli çanta partladılaraq zərərsizləşdirilib

İstehkamçılar şübhəli arxa çantasını partladıblar

Bakı. 6 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda 2016-cı il Olimpiadası çərçivəsində kişilər arasında keçirilən velosiped yarışlarının finiş xətti yaxınlığında baş verən partlayışı istehkamçılar törədiblər.

"Report" xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidməti nümayəndələrinə istinadən "Reuters" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, mütəxəssislər şübhəli arxa çantasını partladaraq zərərsizləşdiriblər.

Bundan öncə, velotras ərazisində mətbuat üçün nəzərdə tutulmuş tribuna yaxınlığında partlayış baş verdiyi bildirilmişdi. İnsident nəticəsində heç kim zərər çəkməyib.

"Reuters"in məlumatına görə, istehkamçılar son bir neçə gündə xüsusi ayrılmış yerlərdə sahibi məlum olmayan bir neçə çanta zərərsizləşdiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi