YUNESKO Rio-de-Janeyronu 2020-ci il dünya memarlığının paytaxtı elan edib

YUNESKO Rio-de-Janeyronu 2020-ci il dünya memarlığının paytaxtı elan edib Bakı. 19 yanvar. REPORT.AZ/ YUNESKO Beynəlxalq Memarlar İttifaqı (UIA) ilə birgə Rio-de-Janeyro şəhərini 2020-ci il üçün dünya memarlığının paytaxtı elan edib.
Digər ölkələr
19 Yanvar , 2019 05:53
YUNESKO Rio-de-Janeyronu 2020-ci il dünya memarlığının paytaxtı elan edib

Bakı. 19 yanvar. REPORT.AZ/ YUNESKO Beynəlxalq Memarlar İttifaqı (UIA) ilə birgə Rio-de-Janeyro şəhərini 2020-ci il üçün dünya memarlığının paytaxtı elan edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə YUNESKO-nun saytında dərc olunan məlumatda deyilir.

"YUNESKO-nun baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone, Beynəlxalq Mmarlar İttifaqının prezidenti Tomas Vonye və Rio-de-Janeyro bələdiyyəsinin şəhərsalma məsələləri üzrə katibi Verena Visentini Andreatta cümə günü, yanvarın 18-də elan ediblər ki, Rio-de-Janeyro şəhəri (Braziliya) 2020-ci ildə dünya memarlığının paytaxtı olacaq", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi