“Rheinmetall” Ukraynaya daha 20 “Marder” PDM tədarük etməyi planlaşdırır
Digər ölkələr
- 17 dekabr, 2024
- 17:51
Almaniyanın müdafiə konserni olan “Rheinmetall” Ukraynaya daha 20 ədəd “Marder 1A3” markalı piyadaların döyüş maşını (PDM) tədarük etmək üçün sifariş alıb.
“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
“Rheinmetall” texnologiya konserni 2024-cü ilin dekabrında Ukraynaya daha 20 ədəd “Marder 1A3” PDM tədarükü üçün sifariş alıb”, - məlumatda qeyd edilir.
Bildirilir ki, sifarişin dəyəri avro ilə ikirəqəmli milyon diapazonun ortasındadır. Təchizat Almaniya tərəfindən maliyyələşdirilir.
“Rheinmetall” artıq üçrəqəmli sayda “Marder” PDM-ini Ukrayna silahlı qüvvələrinə verib”, - konserndən vurğulanıb.
Qeyd edək ki, “Rheinmetall” konserni Almaniya hökuməti adından bu tipli ilk 20 ədəd PDM-i 2023-cü ilin martında Kiyevə təhvil verib.
Son xəbərlər
00:40
Bakı-Quba magistralında ağır qəza olub, bacı və qardaşı ölüb
Hadisə00:25
Rusiyanın Dnepropetrovska dron hücumunda 30-a yaxın insan həlak olub və xəsarət alıb - YENİLƏNİB-2
Digər ölkələr00:00
Bu gün Azərbaycanda Gənclər Günüdür
Daxili siyasət23:44
Xartum aeroportuna üç ildən sonra ilk dəfə sərnişin təyyarəsi enib
Digər ölkələr23:29
Qaxda avtomobilin vurduğu 78 yaşlı kişi ölüb
Hadisə23:26
Parisdə yəhudi məktəbinə hücum edilib
Digər ölkələr22:47
Azərbaycan XİN Pakistandakı terror hücumunu pisləyib
Xarici siyasət22:45
KİV: ABŞ-də qismi şatdaun azı daha iki gün davam edəcək
Digər ölkələr22:30