Rusiyanın Ukraynada hərbi əməliyyatının davam etməsi fonunda Qərb dövlətləri BMT-də Rusiyaya zərər verməyə cəhd edə bilər.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
Qeyd olunub ki, Rusiya tərəfi BMT Təhlükəsizlik Şurasının üzvü olduğu və veto hüququna malik olduğundan Qərbin təşkilatda Moskvaya hücum etmək imkanları o qədər də çox deyil.
“Seçim Rusiya nümayəndələrinin səlahiyyətlərini geri götürmək ola bilər, lakin bunun üçün Baş Assambleya üzvlərinin əksəriyyətinin dəstəyi lazımdır”- deyə, məlumatda vurğulanıb.
Bildirilib ki, rəsmi Kiyev Moskvanın BMT-dən çıxarılmasını fəal şəkildə tələb edib, lakin belə bir ssenarinin həyata keçirilməsi Rusiyanın təşkilatın Təhlükəsizlik Şurasına üzvlüyünə görə faktiki olaraq mümkün deyil. Rusiya nümayəndələrindən etimadnamələrin geri alınmasına gəlincə, agentliyin analitiklərinin fikrincə, bu işə yaraya bilər.