Respublikaçılar ABŞ Nümayəndələr Palatasında səs çoxluğu qazanıb

Respublikaçılar ABŞ Nümayəndələr Palatasında səs çoxluğu qazanıb ABŞ Nümayəndələr Palatasında səs çoxluğu əldə etmək üçün partiya 218 yer tutmalıdır
Digər ölkələr
9 Noyabr , 2016 09:41
Respublikaçılar ABŞ Nümayəndələr Palatasında səs çoxluğu qazanıb

Arizona. 9 noyabr. REPORT.AZ/ Respublikaçılar Partiyasının təmsilçiləri ABŞ Nümayəndələr Palatasında səs çoxluğu qazanıb.

"Report"un xüsusi müxbiri xəbər verir ki, ABŞ-da keçirilən seçkilərin nəticələrinə görə, respublikaçılar Nümayəndələr Palatasında 220 yer, demokratlar isə159 yer tutacaq. 

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasında səs çoxluğu əldə etmək üçün partiya 218 yer tutmalıdır.

Hazırda respublikaçılar həmçinin ABŞ Senatında səs çoxluğu uğrunda liderlik edir. Onlar 48 yer, demokratlar isə 47 yer tutub. Senatda səs çoxluğu üçün partiya ən azı 51 yer tutmalıdır. 

Son xəbərlər

Orphus sistemi