Respublikaçı konqresmen iclas zalına tapança keçirməyə çalışıb

Respublikaçı konqresmen iclas zalına tapança keçirməyə çalışıb Kapitoli polisinin nümayəndəsi Harrisin tapançanı iclas zalına keçirə bilmədiyini açıqlayıb.
Digər ölkələr
22 Yanvar , 2021 10:34
Respublikaçı konqresmen iclas zalına tapança keçirməyə çalışıb

ABŞ-da Kapitoli polisi Respublikaçı konqresmen Endi Harrisin Nümayəndələr Palatasının iclas zalına tapança keçirməyə cəhd göstərməsi barədə məlumatları araşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NBC teleşirkəti məlumat verib.

“Təhlükəsizlik işçilərindən biri konqresmen Harrisin üzərində odlu silah olduğunu görüb və bu barədə rəhbərlərinə məlumat verib”, - Kapitoli polisinin nümayəndəsi teleşirkətə açıqlamasında bildirib. O vurğulayıb ki, Harris tapançanı iclas zalına apara bilməyib.

Keçən həftə Nümayəndələr Palatasındakı yeni parlament pristavı Timoti Blocett ABŞ-ın qanunverici orqanının alt palatasının iclas zalına girməmişdən əvvəl konqresmenlərin üzərinin metal detektorlarla axtarılmasını tələb edən qaydalar tətbiq edib.

Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın artıq sabiq prezidenti olan Respublikaçı Donald Trampın tərəfdarlarının ötən il noyabrın 3-də keçirilmiş prezident seçkisində demokrat Cozef Baydenin qələbə qazanmasının təsdiqlənməsinin qarşısını almaq üçün Konqres binasına soxulmuşdu. Tramp Ağ Evin qarşısında mitinqə toplaşan tərəfdarlarına müraciət etdikdən sonra izdiham Konqres binasına tərəf hərəkət etmişdi.

Son xəbərlər

Orphus sistemi