Yuxarı
    Bağlamaq

    Reks Tillerson KXDR-in ABŞ-a zərbə endirəcəyinin zaman məsələsi olduğunu bildirib

    ABŞ buna biganə qala bilməz

    Bakı. 28 aprel. REPORT.AZ/ "Gələcəkdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ-a zərbələr endirmək imkanı yaranacaq. Buna görə də, Vaşinqton bu məsələyə biganə qala bilməz."

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib.

    O, KXDR probleminə dair BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Şimali Koreya tərəfindən Seula və Tokioya nüvə zərbələrinın endiriləcəyinə dair təhlükə mövcuddur: "ABŞ-a zərbələr endirmək imkanı yaranan kimi, Şimali Koreya bunu edə bilər. Bu zaman məsələsidir. Bunu nəzərə alaraq, ABŞ biganə qala bilməz."

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi