Bakı. 10 noyabr. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təbrik edib.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, Türkiyənin dövlət başçısı Donald Trampa telefonla zəng edərək, ABŞ prezidenti seçilməsi münasibətilə ona təbriklərini çatdırıb.
Telefon danışıqlarında iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi, terrorçuluqla mübarizədə əməkdaşlıq müzakirə edilib. Ərdoğan bildirib ki, ABŞ və Türkiyə yaxın müttəfiqdirlər. Onları qarşılıqlı hörmət, ümumi maraqlar və dəyərlər birləşdirir.