Rəcəb Tayyib Ərdoğan Angela Merkellə videokonfrans vasitəsilə danışıqlar aparıb  

Rəcəb Tayyib Ərdoğan Angela Merkellə videokonfrans vasitəsilə danışıqlar aparıb   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında danışıq olub
Digər ölkələr
101
6 Mart , 2021 01:12
Rəcəb Tayyib Ərdoğan Angela Merkellə videokonfrans vasitəsilə danışıqlar aparıb  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında danışıq olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, danışıqlarda Türkiyə-Almaniya əlaqələri, habelə regional məsələlər müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan Merkellə birbaşa təmas və dialoqun davam etdirilməsinə böyük önəm verdiyini bildirib.

Ərdoğan Türkiyə vətəndaşlarının peyvənd olunması proqramının sürətlə davam etdiyini bildirərək, apreldə turizmin maneəsiz və etibarlı şəkildə ikişafa başlayacağına inandığını söyləyib.

Türkiyə Prezidenti qeyd edib ki, Suriyada milyonlarla insanın humanitar yardıma ehtiyacı var. Türkiyə bu ölkəyə humanitar yardım göstərən yeganə ölkədir. Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinin Suriyaya maliyyə və texniki dəstək verməsi zəruriliyinə diqqət çəkib.

Danışıqlarda həmçinin Liviya məsələsi müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi