Qvineyada 79 siyasi məhbus sərbəst buraxılıb.
“Report” xəbər verir ki, bu barədə Qvineyanın “
Məlumata görə, siyasi əqidəsinə görə məhkum edilmiş şəxslər, nümayiş və etiraz aksiyalarının iştirakçıları, müxalifət partiyalarının üzvləri həbsxanadan azad ediliblər.
Məhbusların azadlığa buraxılması ilə bağlı əmri sentyabrın 5-də Qvineyada hakimiyyəti ələ keçirən hərbçilər verib.
Xatırladaq ki, sentyabrın 5-də Qvineyada hakimiyyəti ələ keçirən ordu ölkə prezident Alfa Kondeni saxlayıb. Bunun ardınca hərbçilər ölkə konstitusiyasının dayandırıldığını və parlamentin buraxıldığını elan ediblər. Dövlət çevrilişini həyata keçirən hərbçilərə əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.