Qvineya-Bisauda dövlət çevrilişi cəhdi zamanı ölənlərin sayı 11-ə çatıb

Qvineya-Bisauda dövlət çevrilişi cəhdi zamanı ölənlərin sayı 11-ə çatıb Qvineya-Bisaunun paytaxtı Bisauda dövlət çevrilişi zamanı həlak olanların sayı 11-ə yüksəlib
Digər ölkələr
2 Fevral , 2022 23:54
Qvineya-Bisauda dövlət çevrilişi cəhdi zamanı ölənlərin sayı 11-ə çatıb

Qvineya-Bisaunun paytaxtı Bisauda dövlət çevrilişi zamanı həlak olanların sayı 11-ə yüksəlib.

“Report” AFP-yə istinadən xəbər verir ki, bunu hökumətin mətbuat katibi Fernandu Vaşa açıqlayıb.

Onun sözlərinə görə, ölənlərdən 4-ü dinc sakinlərdir.

15:54

Qvineya-Bisau Respublikasının paytaxtı Bissauda ötən gün baş verən dövlət çevrilişi cəhdi zamanı azı 6 nəfər ölüb.

“Report” DW-yə istinadən xəbər verir ki, ölkənin hərbi rəhbərliyi tərəfindən verilən məlumata görə, qiyamçıların prezident Umaro Sissoko Embalonu, baş nazir Nuno Nabiamı və bəzi nazirləri girov saxladıqları Hökumət Evində atışma nəticəsində həm qiyamçılar, həm də hərbçilər tərəfindən ölənlər olub.

Bundan sonra binaya gələn dəniz piyadaları ölkə rəhbərliyini azad edib. İqamətgahına qayıdan dövlət başçısı ötən gecə xalqa müraciət edərək qanuni hökumətin ölkəyə tam nəzarət etdiyini, bəzi qiyamçıların artıq tutulduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi