Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb - YENİLƏNİB

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb - YENİLƏNİB Son məlumatlara görə, 46 nəfər yaralanıb, 3,26 min nəfər təxliyyə edilib
Digər ölkələr
5 İyun , 2018 04:43
Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 5 iyun. REPORT.AZ/ Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət Nəticələrinin Azaldılması üzrə Milli Xidmətinin nümayəndəsi David de Leona istinadən "Prensa Libre" portalı yazıb.


***21:56

Bakı. 4 iyun. REPORT.AZ/ Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı hələ ki, 33 nəfər təşkil edir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət Nəticələrinin Azaldılması üzrə Milli Xidmətinin son rəsmi məlumatlarına istinadən "Prensa Libre" portalı yazıb.

Bundan əvvəl bələdiyyə xilasetmə xidməti 56 nəfərin meyitinin aşkar edildiyini xəbər vermişdi.

Milli Xidmətin son məlumatlarına görə, təbii fəlakət zamanı 46 nəfər yaralanıb, 3,26 min insan təxliyyə edilib, 1,68 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, ümumilikdə isə vulkanın zərəri 1,7 milyon insana təsir edib.

Son xəbərlər

Orphus sistemi