Qvatemalada torpaq sürüşməsi zamanı 9 nəfər həlak olub

Qvatemalada torpaq sürüşməsi zamanı 9 nəfər həlak olub Xilasedicilər səkkizyaşlı uşağın axtarışlarını davam etdirir
Digər ölkələr
8 Sentyabr , 2016 00:58
Qvatemalada torpaq sürüşməsi zamanı 9 nəfər həlak olub

Bakı. 8 sentyabr. REPORT.AZ/ Qvatemalanın paytaxtından cənubda, Vilya-Nueva bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi zamanı 9 nəfər həlak olub

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və qarşısının alınması Milli əlaqələndirmə mərkəzinin nümayəndəsi David de Leon xəbər verib.

Xilasedicilər sürüşmədən sonra itkin düşən səkkizyaşlı uşağın axtarışlarını davam etdirir.

Təbii fəlakət zamanı bir neçə yaşayış binası dağılıb. Xilasedicilər  30 ailəni ərazidən təxliyə ediblər.

Son xəbərlər

Orphus sistemi