Qvatemalanın Ueuetenanqo bələdiyyəsində 18 məhbus kameralarda aparılan axtarışa görə qiyam qaldırdıqdan sonra in polis təcridxanasından qaçıblar.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Prensa libre" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, altı nəfər könüllü olaraq hakimiyyət orqanlarına təslim oldu, 12 məhbus azadlıqdadır. Hazırda araşdırma aparılır.