Qvatemalada lava qatı altında qalan kənddən daha 7 meyit tapılıb

Qvatemalada lava qatı altında qalan kənddən daha 7 meyit tapılıb Onlardan 3-ü uşaqdır
Digər ölkələr
1484
12 İyun , 2018 00:25
Qvatemalada lava qatı altında qalan kənddən daha 7 meyit tapılıb

Bakı. 12 iyun. REPORT.AZ/ İyunun 3-də Qvatemalanın Fueqo vulkanının püskürməsi zamanı ölən daha 7 nəfərin, o cümlədən 3 uşağın meyiti Eskuintla departamentinin San-Miqel-Los-Lotes kəndi ərazisində aparılan axtarış işləri zamanı tapılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Prensa Libre" qəzetinin elektron versiyası yazıb.

Yaşayış məntəqəsi lava, palçıq və daş qatı altında qalıb və təbii fəlaət zonası elan edilib. Hazırda vulkan püskürməsi qurbanlarının sayı 120 nəfərə yaxınlaşıb, 200 nəfər hələ də, itkin düşmüş hesab olunur.

Son xəbərlər

Orphus sistemi