Qüdsdəki qarşıdurmalarda 200-dən çox fələstinli xəsarət alıb

Qüdsdəki qarşıdurmalarda 200-dən çox fələstinli xəsarət alıb 154 nəfər xəstəxanaya yerləşdirilib, onlardan dördünün vəziyyəti ağırdır
Digər ölkələr
147
10 May , 2021 16:12
Qüdsdəki qarşıdurmalarda 200-dən çox fələstinli xəsarət alıb

Şərqi Qüdsdə İsrail polisi ilə toqquşmalar nəticəsində azı 215 fələstinli xəsarət alıb, onlardan 154-ü xəstəxanaya yerləşdirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti Fələstin Qızıl Aypara Cəmiyyətinin bəyanatına istinad edərək məlumat yayıb.

“Qızıl Aypara briqadaları “Əl Əqsa” məscidindən təxliyə olunan azı 215 yaralıya tibbi yardım göstərib”, - təşkilatın tvitterdəki səhifəsində deyilir.

Məlumata görə, xəstəxanaya yerləşdirilənlərdən 4-nün vəziyyəti ağırdır.

Daha əvvəl qəzet 50 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Qarşıdurmalar bu gün səhər başlayıb. Fələstinin WAFA informasiya agentliyinin verdiyi məlumata görə, polis fələstinliləri məscid ərazisindən sıxışdırıb çıxarmaq üçün gözyaşardıcı qazdan istifadə edib və kütləyə doğru rezin güllələr atıb.

Son xəbərlər

Orphus sistemi