Yuxarı

​Qüdsdə atışma nəticəsində 21 nəfər yaralanıb

Yerli Təcili Tibbi Yardım Xidməti bildirib ki, xəsarət alanlar arasında vəziyyəti ağır və orta ağır olanlar var

Bakı. 13 oktyabr. REPORT.AZ/ Qüdsün Armon a-Natsiv rayonundakı avtobus dayanacağında baş verən atışma nəticəsində 16 nəfər yaralanıb.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, atəş açan iki silahlı polis əməkdaşları və sərhəd xidmət əsgərləri tərəfindən öldürülüb. Yerli Təcili Tibbi Yardım Xidməti bildirib ki, xəsarət alanlar arasında vəziyyəti ağır və orta ağır olanlar var.

Xəbərə əsasən, Qüdsün "Malkey İsrail" küçəsində baş verən atışma nəticəsində isə 5 nəfər yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi