Quaydo Karakasda müxalifətin etiraz aksiyası keçirəcəyini bildirib
- 09 mart, 2019
- 00:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 mart. REPORT.AZ/ Venesuelada özünü respublikanın müvəqqəti prezidenti elan etmiş ölkə Milli Məclisinin spikeri Xuan Quaydo bildirib ki, martın 9-da Karakasda müxalifətin etiraz aksiyası keçiriləcək.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Quaydonun sözlərinə görə, aksiya iştirakçılarının toplanışı Venesuela paytaxtının müxtəlif rayonlarında olacaq.
"Venesuela sakinləri əvvəlkindən daha böyük güclə bu ölkənin küçələrinə çıxacaq", - deyə o bildirib.
Quaydo həmçinin bildirib ki, etiraz aksiyasının iştirakçıları öz hədəflərinə nail olmayınca küçələrdən dağılışmayacaqlar.
Daha əvvəl Venesuelanın müxalifət lideri Ekvador prezidenti Lenin Moreno ilə görüşdən sonra ölkəyə qayıtmaq niyyətində olduğunu bildirib.