Bakı. 20 yanvar. REPORT.AZ/ "Quantanamo" həbsxanasındakı məhbusların sayı 41 nəfərə qədər azalıb.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı Ağ Ev məlumat verib.
Çərşənbə axşamı ABŞ-ın Müdafiə Nazirliyi 10 məhbusun Quantanamo türməsindən Oman hökumətinə təhvil verilməsini təsdiq edib və həbsxanada 45 nəfərin qaldığı məlumat verilib.
"Bu gün, yanvarın 19-da dustaqların sayı 41 nəfər təşkil edir", - deyə Ağ Evin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, Obama administrasiyasının on illik hakimiyyəti dövründə türmədən 196 nəfər köçürülüb.
Son məlumatlara görə, 41 dustaqdan 5 nəfərin də köçürülməsi təsdiq edilib. Digərləri ilə bağlı xüsusi komissiya tərəfindən qiymətləndirmə davam etdirilir.