Quaido: ABŞ səfirliyi Karakasda qalacaq

Quaido: ABŞ səfirliyi Karakasda qalacaq Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ səfirliyi Karakasda qalacaq.
Digər ölkələr
27 Yanvar , 2019 01:56
Quaido: ABŞ səfirliyi Karakasda qalacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ səfirliyi Karakasda qalacaq.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu şənbə günü özünü ölkənin müvəqqəti prezidenti elan etmiş Venesuela Milli Assambleyasının sədri Xuan Quaido bildirib.

"Amerika səfirliyi elan edilmiş administrasiyanın sərəncamı ilə Venesuelada qalacaq, çünki biz dünyanın bütün ölkələri ilə dostuq", - deyə Karakasdakı mitinqdən sonra o, jurnalistlərin salına cavab verərkən bildirib.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Son xəbərlər

Orphus sistemi