Qroznıda naməlum şəxs özünü qumbara ilə partladıb

Qroznıda naməlum şəxs özünü qumbara ilə partladıb Bu hadisənin müxalifət lideri Boris Nemtsovun qətlinin araşdırılması ilə bağlı ola biləcəyi qeyd edilir
Digər ölkələr
8 Mart , 2015 14:39
Qroznıda naməlum şəxs özünü qumbara ilə partladıb

Bakı. 8 mart. REPORT.AZ/ Qroznı şəhərində polis əməliyyatı zamanı naməlum şəxs özünü əl qumbarası ilə partladıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına yaxın mənbələrə istinad edən İnterfax agentliyi bu hadisənin Rusiya müxalifəti lideri Boris Nemtsovun qətlinin araşdırılması ilə bağlı ola bildiyini qeyd edir.

Hüquq-mühafizə orqanları tərəfindən adı açıqlanmayan şəxs Qroznı şərəhərində çoxmərtəbəli binanın mənzilərindən birində polis qüvvələri tərəfindən mühasirəyə alınıbmış.

Məlumatlara əsasən, polis bir neçə saat ərzində onunla danışıqlar aparıb, lakin o, təslim olmaqdan imtina edib.

Xəbər verildiyinə görə, həmin şəxs ya bilərəkdən özünü partladıb, və ya qumbaranı polisə atarkən səhvə yol verib.

Son xəbərlər

Orphus sistemi