Yuxarı

Qroznıda Məhəmməd peyğəmbərin (s.a.v.) karikaturalarına qarşı çoxminlik aksiya keçirilir

Aksiyada Çeçenistanın rəhbəri Ramzan Kadırov iştirak edir

Bakı. 19 yanvar. REPORT.AZ/ Qroznıda şəhər meriyasının qarşısındakı meydanda minlərlə insanın iştirak etdiyi "Məhəmməd peyğəmbərə (s.a.v.) məhəbbət" nümayişi keçirilir. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, onun iştirakçıları "Məhəmməd peyğəmbərin (s.a.v.) karikaturalarına yox!", "İslam xeyirxahlıq və quruculuq dinidir" yazıları olan plakatlar daşıyırlar.

Aksiyada Çeçenistanın rəhbəri Ramzan Kadırov iştirak edir. O bildirib ki, nümayişdə 1 milyondan artıq insan iştirak edə bilər. 

Nümayişdə həmçinin Maxaçqala və Qroznı yepiskopu Varlaam iştirak edir. O, öz çıxışında bildirib ki, Rus Pravoslav Kilsəsi Məhəmməd peyğəmbərin (s.a.v.) karikaturalarını pisləyir. 

Qroznının mərkəzindəki meydan tam dolub, lakin insanlar gəlməyə davam edir. Nümayişin marşrutu "Minutka" meydanından "Çeçenistanın ürəyi" Əhməd-Hacı Kadırov adına mərkəzi məscidin yanına qədər davam edir. 

Günorta mitinq iştirakçıları camaat namazı qılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi