BMT-nin iqlim sammitləri tarixində ən iri miqyaslı etiraz aksiyası keçirilib

BMT-nin iqlim sammitləri tarixində ən iri miqyaslı etiraz aksiyası keçirilib Şotlandiyanın Qlazqo şəhərində minlərlə insan iqlim dəyişikliyi ilə mübarizə üçün əlavə tədbirlər tələbi ilə yürüş keçirib.
Digər ölkələr
7 Noyabr , 2021 01:13
BMT-nin iqlim sammitləri tarixində ən iri miqyaslı etiraz aksiyası keçirilib

Şotlandiyanın Qlazqo şəhərində minlərlə insan iqlim dəyişikliyi ilə mübarizə üçün əlavə tədbirlər tələbi ilə yürüş keçirib.

“Report”un məlumatına görə, bu barədə BBC xəbər verib.

Tədbirin təşkilatçıları Qlazqoda keçirilən nümayişdə iştirak edənlərin sayının 100 min nəfər olduğunu bildiriblər. BBC qeyd edib ki, bu etiraz BMT-nin COP26 iqlim sammiti zamanı ən böyük aksiya olub.

Yürüşə isveçli eko-fəal Qreta Tunberq də qatılıb, lakin o, mitinqdə çıxış etməyib.

Marşdan əlavə "Alimlərin üsyanı" hərəkatının 20-dən çox etirazçısı Klayd çayındakı körpü üzərində hərəkəti bloklayaraq özlərini zəncirləyiblər. Polis onların hamısını saxlayıb.

Qeyd edək ki, dünən Keniya, Fransa, Braziliya, Avstraliya və Kanada da daxil olmaqla 100-ə yaxın ölkədə, həmçinin Böyük Britaniyanın digər şəhərlərində ətraf mühitlə bağlı etiraz aksiyaları keçirilib.

İqlim dəyişikliyi konfransı oktyabrın 31-də Qlazqoda başlayıb, tədbir noyabrın 12-dək davam edəcək. Konfransda 200-ə yaxın ölkənin nümayəndəsi iştirak edir.

Son xəbərlər

Orphus sistemi