Yuxarı

​Qiyamçılar Rusiyanın Yəməndəki konsulluğunun binasına basqın ediblər

Silahlılar qapını sındıraraq, binanın içinə girib, oradan texnika və sənədləri aparıblar

Bakı. 2 aprel. REPORT.AZ/ Husilər Yəmənin Ədən şəhərində Rusiyanın Baş Konsulluğuna basqın ediblər.

"Report" xəbər verir ki, "RİA Novosti" bu haqda məlumat yayıb.

Qiyamçılar konsulluğun binasını qarət ediblər.

Yerli sakinlər bildirib ki, konsulluğa basqın edənlər husi qiyamçıları və keçmiş prezident Əli Abdulla Salehinin tərəfdarları olub. Onların sözlərinə görə, qiyamçılar qapını sındıraraq, binanın içinə girib, oradan, texnika və sənədləri daşıyaraq, maşına yüklədikdən sonra naməlum istiqamətə hərəkət ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi