Qırğızıstanla Tacikistanın sərhədində gərginlik səngiyib

Qırğızıstanla Tacikistanın sərhədində gərginlik səngiyib Qırğız Respublikası ilə Tacikistan arasındakı sərhədin qarşıdurma baş verən hissəsində nisbi sakitlikdir.
Digər ölkələr
18 Dekabr , 2019 18:56
Qırğızıstanla Tacikistanın sərhədində gərginlik səngiyib

Qırğız Respublikası ilə Tacikistan arasındakı sərhədin qarşıdurma baş verən hissəsində nisbi sakitlikdir.

“Report” “Kabar”a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası Dövlət Sərhəd Xidmətinin açıqlamasında bildirilir.

Belə ki, aparılan danışıqların nəticələrinə görə, sərhədin rəsmiləşməyən hissəsində hər iki tərəfdən tikilmiş hasarları uçurmaq üçün işlərə başlanılıb. Həmçinin mühafizə qurumları tərəfindən ərazidə keşik çəkilir.

Qırğız Respublikasının sərhəd bölmələri sözügedən ərazidə gücləndirilmiş rejimdə çalışır.

Xatırladaq ki, bundan əvvəl sərhəddə hər iki ölkənin 200-dək vətəndaşının iştirakı ilə qarşıdurma baş verib. Nəticədə 6 nəfər qırğızlı xəsarət alıb, onlardan biri, daxili qoşunların əsgəri güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi