Yuxarı

Qırğızıstanın 6 milyonuncu sakini dünyaya gəlib

Ölkə başçısı 6 milyonuncu uşağın ailəsinə teleqram vurub, xoşbəxt ata və ananı bu münasibətlə təbrik edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Qırğızıstanın 6 milyonuncu sakini olan qız dünyaya gəlib. Qırğızıstanın dövlət başçısı Almazbek Atambayevə verilən məlumatda bildirilir ki, Oş vilayətində yaşayan hərbçi Almaz Kojoşevin ailəsində doğulan körpənin çəkisi 3 kiloqram 870 qramdır. Yeni doğulan körpə və onun anası Raxat Belejova özlərini yaxşı hiss edirlər. Qırğızıstanın 6 milyonuncu sakini ilə təxminən eyni vaxtda 10 uşaq da doğulub.

Almazbek Atambayev 6 milyonuncu körpənin ailəsinə yeni ev hədiyyə edib və bankda onun adına 1 milyon som (təxminən 14 min dollar) həcmində depozit hesabı açılması barədə ölkənin Baş nazirinə tapşırıq verib. Bununla yanaşı, o biri on uşağın ailəsinə isə 100 min som (1400 dollar) dəyərində birdəfəlik yardım göstəriləcək.

Ölkə başçısı 6 milyonuncu uşağın ailəsinə teleqram vurub, xoşbəxt ata və ananı bu münasibətlə təbrik edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi