Yuxarı

​Qırğızıstanda sərhədə basqın olub: bir əsgər ölüb, ikisi yaralanıb

Hadisə Qırğızıstan-Tacikistan sərhədi yaxınlığında baş verib

Bakı. 17 yanvar. REPORT.AZ/ Qırğız Respublikası Batken vilayətinin Leylək sərhəd məntəqəsinin "Ayqop" zastavasına silahlı basqın nəticəsində bir sərhədçi ölüb, ikisi yaralanıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu dövlət sərhəd xidmətinin təmsilçisi Gülmira Borubayeva deyib.

Xatırladaq ki, hadisə Qırğızıstan-Tacikstan sərhədi yaxınlığında baş verib.

Məlumata görə, hazırda cinayətkarların axtarışları davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi