Qırğızıstanın dövlət başçısı vəzifələrini icra edən Sadır Japarov seçki məntəqələrinin 90,06%-ində səslərin hesablamasından sonra vaxtından əvvəl keçirilən prezident seçkilərin birinci turunda 79,15% nəticə ilə qalib gəlir.
“Report” xəbər verir ki, bunu respublikanın Mərkəzi Seçki Komissiyasının (MSK) portalında dərc edilmiş son məlumatlar göstərir.
Məlumatlara görə, onun ən güclü rəqibi sayılan Adaxan Madumarov 6,56% səs yığıb.
Ölkənin 90,1% seçki məntəqəsinin məlumatına əsasən Qırğızıstanda prezident modeli ilə bağlı idarə üsuluna referendumda 80,%-dən çox seçisi səs verib. Vətəndaşların 10,83 faizi parlament idarə üsulunu dəstəkləyib, hər iki varianta qarşı səs verənlər 4,41% təşkil edib.
Qırğızıstanın dövlət başçısı vəzifələrini icra edən Sadır Japarov seçki məntəqələrinin 82,13% nəticələrinin hesablamasından sonra 79,86% səslə növbədənkənar prezident seçkilərinin birinci turunda qalib gəlir.
“Report” xəbər verir ki, bu məlumatlar respublikanın Mərkəzi Seçki Komissiyasının (MSK) portalında dərc edilib.
Məlumatlara görə, onun ən yaxın təqibçisi Adaxan Madumarovdur. Japarovun əsas rəqibi 6,5%-dən bir qədər çox səs toplayıb.
Qırğızıstanda referendumda prezident idarə üsuluna 74,75% seçici səs verib, parlament üçün bu rəqəm 10,14 % təşkil edib. İki variantın əleyhinə 4,01% seçici səs verib.
Daha sonra seçki məntəqələrinin 74,45%-nin bülletenlərinin hesablanmasından sonra məlum olub ki, Qırğızıstanda prezident idarə üsulunu 81,1% seçici dəstəkləyib.
Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarəetmə forması məsələsi ilə bağlı referendum yekunlaşıb.
“Report” xəbər verir ki, bu barədə TASS-da respublikanın seçkilərin keçirilməsi və referendum üzrə Mərkəzi Seçki Komissiyasında bildiriblər.
"Axşam saat 20-də (Bakı vaxtı ilə saat 18:00) bütün seçki məntəqələri bağlandı", - komissiyanın nümayəndəsi deyib. Onun sözlərinə görə, seçki məntəqələri yerli vaxtla səhər saat 8-dən (Bakı vaxtı ilə saat 06:00) işləyib. Son məlumatlara görə, seçkilərdə qeydə alınmış 3,56 milyon seçicidən 33,13%-i iştirak edib, referendumda isə bu göstərici 33,08% təşkil edib. Bu isə prezident seçkilərində 1 milyon 180 min 515, referenduma isə 1 milyon 778 min 656 səs deməkdir. Ölkə qanunlarına görə, referendumda seçicilərin 30 faizindən çoxu səs verdikdə referendum baş tutmuş hesab olunur.
Qırğızıstanda prezident seçkilərində 17 nəfər namizədliyini irəli sürüb. Onların arasında siyasətçilərlə yanaşı, digər sahədən olan şəxslər də var.