Qırğızıstanda Mərkəzi Seçki Komissiyasının keçmiş sədri saxlanılıb

Qırğızıstanda Mərkəzi Seçki Komissiyasının keçmiş sədri saxlanılıb Qırğızıstanın xüsusi xidmət orqanları Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş sədri və ölkənin Çuy vilayətinin keçmiş qubernatoru Tuyqunalı Abdraimov saxlanılıb.
Digər ölkələr
1 May , 2022 17:28
Qırğızıstanda Mərkəzi Seçki Komissiyasının keçmiş sədri saxlanılıb

Qırğızıstanın xüsusi xidmət orqanları Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş sədri və ölkənin Çuy vilayətinin keçmiş qubernatoru Tuyqunalı Abdraimov saxlanılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

Tuyqunalı Abdraimov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

İstintaqın məlumatına görə, Abdraimov öz qulluq mövqeyindən istifadə edərək İssık-Ata rayonunun Jek kənd administrasiyasının vəzifəli şəxslərini rəhbəri olduğu "Kainar" QSC-yə pulsuz olaraq 11,2 hektar ərazisi olan zibilxana ayırmağa məcbur edib.

İssık-Ata rayon administrasiyasının sərəncamına əsasən, “Kainar” QSC qeyd olunan ərazidə bütün sanitar və ekoloji normalara riayət etməyə borclu idi. Lakin müəyyən edilib ki, QSC bərk məişət tullantılarının atılması ilə bağlı heç bir sanitar normalara uyğun gəlmir, yalnız poliqonun təşkili ilə məhdudlaşır.

Qeyd edək ki, Abdraimov 2011-2016-cı illərdə ölkənin MSK-ya rəhbərlik edib. 2018-2019-cu illərdə isə respublikanın Çuy vilayətinin qubernatoru olub.

Son xəbərlər

Orphus sistemi