Qırğızıstanda dövlət qulluqçularının əməkhaqqının artırılması qadağan edilib
Digər ölkələr
- 09 sentyabr, 2024
- 14:48
Qırğızıstan Prezidenti Sadır Japarov 2024-2026-cı illər üçün dövlət qulluqçularının əməkhaqqının artırılmasına moratorium tətbiq edib.
"Report" “AKİpress”ə istinadən xəbər verir ki, müvafiq fərman hökumətin "Erkin Too" qəzetində dərc olunub.
“Dövlət idarələri, komitələri, prezidentin bölgələrdəki səlahiyyətli nümayəndəlikləri, habelə yerli idarəetmə orqanlarının işçilərinin əməkhaqqının artırılmasına qadağa qoyulur”, - sənəddə bildirilib.
Qeyd olunub ki, qərar ölkənin dövlət büdcəsinin xərclərini optimallaşdırmaq məqsədi daşıyır.
Fərman sentyabrın 3-də dərc edilib və dərc edildiyi gündən 7 gün sonra qüvvəyə minir.
Son xəbərlər
10:15
Yaxın Şərq regionundan Azərbaycan vətəndaşlarının Bakıya qayıdışı üçün növbəti təxliyə reysi həyata keçirilir
İnfrastruktur10:13
Zöhrab Gözəlbəyli CEV Kubokunun yarımfinal oyununa supervayzer təyin edilib
Komanda10:00
Foto
Video
"Nizami City"dən möhtəşəm kampaniya: mənzil alan qazanır
Biznes09:56
"Turan Tovuz" "Neftçi"ni məğlub edərək yubiley qələbəsini qazanıb
Futbol09:55
Aİ Kulevi neft terminalını 20-ci sanksiya paketindən çıxarıb
Region09:53
Azərbaycan neftinin qiyməti 103 dolları keçib
Energetika09:51
"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Premyer Liqada yubiley qoluna imza atıb
Futbol09:51
Entoni Albaneze: Avstraliya BƏƏ-yə raketlər və kəşfiyyat təyyarəsi verəcək
Digər ölkələr09:49