Qırğızıstanda "Boeing"in qəzaya uğradığı bölgədə axtarış işləri bərpa edilib

Qırğızıstanda "Boeing"in qəzaya uğradığı bölgədə axtarış işləri bərpa edilib İndiyə qədər 32 nəfərin, o cümlədən qəzaya uğramış laynerin dörd pilotunun cəsədi tanınıb
Digər ölkələr
17 Yanvar , 2017 09:35
Qırğızıstanda Boeingin qəzaya uğradığı bölgədə axtarış işləri bərpa edilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Qırğızıstan Fövqəladə Hallar Nazirliyi "Boeing" yük təyyarəsinin Bişkek yaxınlığında qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatlarını bərpa edib.

"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildiriblər.

Axtarış-xilasetmə işlərinə təxminən 50 nəfər, eləcə də xüsusi texnika cəlb olunub.

Günün ikinci yarısında Dövlətlərarası Aviasiya Komitəsinin ekspertlərinin Qırğızıstana gələcəyi gözlənilir. Qəza yerində tapılmış qara qutular oxunması üçün onlara veriləcək.

Xatırladaq ki, Honkonq - Manas reysi üzrə uçuş həyata keçirən Türkiyənin "ACT Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi eniş zamanı görüntü səviyyəsinin aşağı olması səbəbilə yaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində azı 37 nəfər həlak olub.

İndiyə qədər 32 nəfərin, o cümlədən qəzaya uğramış layenrin dörd pilotunun cəsədi tanınıb.

Son xəbərlər

Orphus sistemi