Qırğızıstanın cənub-qərbindəki Batken bölgəsində kömür mədənində dəm qazından zəhərlənmə nəticəsində 4 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölənlər arasında 1986-cı il təvəllüdlü qadın da var.