Qırğızıstanda 19 sentyabr matəm günü elan edilib
Digər ölkələr
- 18 sentyabr, 2022
- 11:19
Qırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olanlar üçün ümummilli matəm günü elan edib.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Prezidentin sərəncamında bütün ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqlarının yarıya qədər endirilməsi nəzərdə tutulur.
Dövlət başçısı mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncəli tədbirləri və proqramları ləğv etməyi də tövsiyə edib.
Son məlumatlara görə, Qırğızıstan tərəfində 37 ölü və 129 yaralı var. Qırğızıstan hakimiyyəti 140 minə yaxın vətəndaşı təxliyə edib. Batken bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Son xəbərlər
13:12
Qazaxıstanda "Su-30SM" qırıcısı qəzaya uğrayıb
Region13:06
Azərbaycan qarğıdalı idxalını 62 %-dən çox azaldıb
ASK13:06
Ukrayna Rusiyanın kimya zavoduna hücum edib, dörd nəfər ölüb
Digər ölkələr13:03
Ceyhun Əmrahov dünya çempionatında qızıl medal hədəfləyir
Fərdi12:53
Tbilisi, Kaxeti və Kvemo Kartlidə saxta terror mesajları yayan şübhəlilər saxlanılıb
Region12:41
Yaqub Mahmudov: "Türkdilli dövlətlər" ifadəsindən əl çəkmək lazımdır
Elm və təhsil12:38
Luvr muzeyinin yeni direktoru Kristof Leribo olacaq
Digər ölkələr12:38
Azərbaycanda növbəti kiberdiplomatiya konfransına hazırlıq gedir
İKT12:33