Qırğızıstan Tacikistanla sərhəddə yaşayan 60 ailənin təxliyə edildiyini bildirib

Qırğızıstan Tacikistanla sərhəddə yaşayan 60 ailənin təxliyə edildiyini bildirib Tacikistanla sərhəd zonasından 60 ailə təxliyə edilib.
Digər ölkələr
27 Yanvar , 2022 21:15
Qırğızıstan Tacikistanla sərhəddə yaşayan 60 ailənin təxliyə edildiyini bildirib

Tacikistanla sərhəd zonasından 60 ailə təxliyə edilib.

“Report”un məlumatına görə, bu barədə Qırğızıstanın Batken vilayətinin vilayət administrasiyasının mətbuat xidmətindən “İnterfaks”a bildirilib.

"Ak-Say, Ak-Tatır və Səmərqəndək kimi təhlükəli sərhəd bölgələrində yaşayan insanlar təhlükəsiz zonaya köçürülür. Altmış ailə Batken şəhərindəki 3 saylı orta məktəbə yerləşdirilib", - mətbuat xidmətinin nümayəndəsi deyib.

Onun sözlərinə görə, Qırğızıstanın Kulundu, Maksat, Sada kəndlərinin sakinləri təxliyə edilir.

“Batken şəhərinə təxliyə edilən vətəndaşlar ərzaqla təmin olunub”, - mənbə qeyd edib.

Son xəbərlər

Orphus sistemi