Qırğızıstan lideri ölkədə keçirilən prezident seçkilərində səs verib

Qırğızıstan lideri ölkədə keçirilən prezident seçkilərində səs verib Atambayev: "Biz ədalətli seçkilər keçirəcəyik"
Digər ölkələr
15 Oktyabr , 2017 09:53
Qırğızıstan lideri ölkədə keçirilən prezident seçkilərində səs verib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Qırğızıstan prezidenti Almazbek Atambayev ölkədə keçirilən prezident seçkilərində səs verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, ölkə lideri səs vermək üçün Bişkekdəki seçki məntəqələrindən birinə gəlib.

"Biz ədalətli seçkilər keçirəcəyik", — deyə o bildirib.

Oktyabrın 15-i Qırğızıstanda prezident seçkiləri keçirilir. Dövlət başçısı postuna ümumilikdə 11 namizəd iddialıdır.

Son xəbərlər

Orphus sistemi